...

Bakının Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində saat 10:00-a olan məlumata görə, 100-ə yaxın seçici səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 10:26 (UTC +04:00)
Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində saat 10:00-a olan məlumata görə, 100-ə yaxın seçisi səsvermədə iştirak edib. Bu barədə çərşənbə günü Trend News-a məntəqənin sədri Gülnaz Mehdizadə məlumat verib.
Bakının Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində saat 10:00-a olan məlumata görə, 100-ə yaxın seçici səsvermədə iştirak edib

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A.Hüseynbala/

Bakının 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 22 saylı məntəqəsində saat 10:00-a olan məlumata görə, 100-ə yaxın seçisi səsvermədə iştirak edib. Bu barədə çərşənbə günü Trend -a məntəqənin sədri Gülnaz Mehdizadə məlumat verib.

Mehdizadə bildirib ki, məntəqədə 1266 seçici qeydə alınıb.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Səsvermə 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti