...

RF Baş naziri Putinin Kutaisidəki memorialı bərpa etmək təklifi gürcü millət vəkilləri tərəfindən növbəti təxribat kimi qiymətləndirilir

Siyasət Materials 23 Dekabr 2009 14:19 (UTC +04:00)
RF Baş naziri Vladimir Putinin Kutaisidə dağılmış, Moskvanın şərəfinə ucaldılan memorialı bərpa etmək təklifini gürcü millət vəkilləri növbəti təxribat kimi qiymətləndirirlər.
RF Baş naziri Putinin Kutaisidəki memorialı bərpa etmək təklifi gürcü millət vəkilləri tərəfindən növbəti təxribat kimi qiymətləndirilir

Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxalia/

RF Baş naziri Vladimir Putinin Kutaisidə dağılmış, Moskvanın şərəfinə ucaldılan memorialı bərpa etmək təklifini gürcü millət vəkilləri növbəti təxribat kimi qiymətləndirirlər.

Xarici əlaqələr üzrə parlament komitəsinin sədri Akakiy Minaşvilinin jurnalistlərə dediyi kimi, "Putin vəziyyətdən təxribat üçün istifadə etmək istəyir".

"Bu bəyanatla Putin faşizm və totalitarizmə qarşı mübarizə aparan inasnlara hörmət qoymur, əksinə, totalitarizmi təşviq edir", - o deyib.

Mülki işləri üzrə parlament komitəsinin sədri Nuqzar Çiklauri isə Putinlə əməkdaşlıq etməyə razılaşan bütün insanları məhəkəməyə verməklə hədələyir. "Bu insanlar hamısı bilməlidirlər ki, tarix hər şeyi nəzərə alacaq və heç nəyi unutmayacaq. Bu, çox həyatları məhv etmiş rejimlə əməkdaşlıq etmək deməkdir", - Çiklauri bəyan edib.

Putin dünən Rusiya ictimaiyyətini və Gürcüstan diasporunu onun Kutaisidə dağılmış, Moskvanın şərəfinə ucaldılan memorialı bərpa etmək təşəbbüsünü dəstəkləməyə çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti