...

Azərbaycan Mətbuat Şurası seçki komissiyalarında monitorinqlərə başlayıb

Siyasət Materials 23 Dekabr 2009 11:49 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında monitorinqlərə başlayıb.
Azərbaycan Mətbuat Şurası seçki komissiyalarında monitorinqlərə başlayıb

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurası ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında monitorinqlərə başlayıb.

Mətbuat Şurasından jurnalistlərə bildiriblər ki, monitorinqdə məqsəd seçkini işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyətini izləmək, prosesin gedişi zamanı onlara vəzifə səlahiyyətlərini yerinə yetirmələri üçün yaradılan şəraitlə tanış olmaqdır. Məsələ ilə bağlı Şuranın İdarə Heyətinin üzvlərindən ibarət ayrıca monitorinq qrupu da formalaşdırılıb. Qrupun üzvləri hazırda paytaxtda və eləcə də ölkəmizin müxtəlif bölgələrdəki məntəqələrə baş çəkir, vəziyyətlə maraqlanırlar.

Mətbuat Şurasında "qaynar xətt" də yaradılıb. Şuranın (012) 561 82 46 və (012) 561 80 37 nömrəli telefonları bu rejimdə işləyəcək. Seçkini işıqlandıran jurnalistlər həmin nömrələrə zəng vuraraq peşə fəaliyyətlərinin həyata keçirilməsinə mümkün maneələr barədə məlumat verə bilərlər.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Səsvermə 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti