...

Azərbaycan Prezidenti bələdiyyə seçkilərində səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 11:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün bələdiyyə seçkilərində səsvermədə iştirak edib
Azərbaycan Prezidenti bələdiyyə seçkilərində səsvermədə iştirak edib

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir S.Əliyev/ Azərbaycan Prezidenti İlham Əliyev bu gün bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər. Dairə seçki komissiyalarında seçki prosesinə müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

500 veb-kameradan 289-u Abşeron rayonu da daxil olmaqla, ölkənin 37 rayonunda, 189-u Bakıda, 25-i isə Naxçıvanda isə quraşdırılıb. İnternet vasitəsilə də seçki prosesini müşahidə etmək olar.

Xəbər lenti

Xəbər lenti