...

Gürcüstan XİN-də Gürcüstan-Amerika Xartiyasının perspektivləri müzakirə edilib

Siyasət Materials 23 Dekabr 2009 13:05 (UTC +04:00)
Gürcüstan XİN-də strateji tərəfdaşlıq xartiyası çərçivəsində Gürcüstan-Amerika əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Gürcüstan XİN-də Gürcüstan-Amerika Xartiyasının perspektivləri müzakirə edilib

Gürcüstan, Tbilisi, 22 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan XİN-də strateji tərəfdaşlıq xartiyası çərçivəsində Gürcüstan-Amerika əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.

XİN-in İnformasiya və Mətbuat Departamentindən Trend -a verilən məlumata görə, bu məsələ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə ABŞ səfiri Con Basın görüşündə müzakirə edilib.

Bu ilin yanvar ayında ABŞ və Gürcüstan arasındfa imzalanan Xartiya çərçivəsində 4 işçi qrup yaradılıb. Onlar artıq Vaşinqton və Tbilisidə bir neçə görüş keçiriblər.

Vaşadze və Bas Gürcüstan-Amerika əlaqələırinin geniş spektrini də müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti