...

Azərbaycanın Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saat 12:00-a olan məlumata görə, 420 saxlanılandan 170-i səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 12:27 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr qərbdə) yerləşən 2 saylı İstintaq Təcridxanasında saat 12:00-a olan məlumata görə, 420 saxlanılandan 170-i səsvermədə iştirak edib. Bu barədə Trend News-a 38 saylı Nizami Seçki Komissiyasından məlumat verilib.
Azərbaycanın Gəncə şəhərində  yerləşən 2 saylı İstintaq Təcridxanasında saat 12:00-a olan məlumata görə, 420 saxlanılandan 170-i səsvermədə iştirak edib

Azərbaycan, Gəncə, 23 dekabr / Trend , müxbir V.Məmmədov/

Azərbaycanın Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr qərbdə) yerləşən 2 saylı İstintaq Təcridxanasında saat 12:00-a olan məlumata görə, 420 saxlanılandan 170-i səsvermədə iştirak edib. Bu barədə Trend -a 38 saylı Nizami Seçki Komissiyasından məlumat verilib.

Nizami bələdiyyəsində AVCİYA və ELS tərəfindən 27 məntəqdə exit poll aparılır. Bunun üçün 50- dən çox itervuyer işləyir.

Gəncədə ümumilikdə 148 min 150 nəfər seçici qeydə alınıb. 108 məntəqədə səsvermə keçirilir.

1531 yerli müşahidəçi Gəncədə seçkiləri izləyir.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti