...

Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar – MSK-nın rəhbəri

Siyasət Materials 23 Dekabr 2009 13:34 (UTC +04:00)
Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar, Azərbaycan MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə deyib.
Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar – MSK-nın rəhbəri

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A. Hüseynbala/

Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar, Azərbaycan MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə deyib.

"Bu ana görə seçki prosesində kütləvi qanun pozuntuları haqda MSK-ya müraciət daxil olmayıb", - MSK rəhbəri deyib.

Pənahov 10-cu Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səs verib.

Dekabrın 23-də Azırbaycanda bələdiyyə seçkiləri keçirilir.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb, onlardan 6108-i qadındır. Həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti