...

Azərbaycanın cənubunda saat 12:00-da olan məlumata görə, seçicilərin təxminən 16 faizi səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 13:16 (UTC +04:00)
Azərbaycanın cənubunda saat 12:00-da olan məlumata görə, seçicilərin 16 faizi səsvermədə iştirak edib.
Azərbaycanın cənubunda saat 12:00-da olan məlumata görə, seçicilərin təxminən 16 faizi səsvermədə iştirak edib

Azərbaycan, Lənkəranı, 23 dekabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda saat 12:00-da olan məlumata görə, seçicilərin 16 faizi səsvermədə iştirak edib.

70 saylı Masallı Şəhər seçki dairəsinin sədri Elxan Məmmədov Trend -a bildirib ki, 9,24%, yəni 3400 seçici səsvermədə iştirak edib.

71 saylı Masallı kənd seçki dairəsinin sədri Hacırza Nağıyev bildirib ki, seçicilərin 16,3%-i, 5539 seçici səsvermədə iştirak edib.

72 saylı Yardımlı-Masallı seçki dairəsinin sədri Əsgərov Tərxan deyib ki, seçicilərin 14,7%-i, 5175 seçici öz münasibətlərini bildirib.

77 saylı Astara şəhər seçki dairəsinin sədri Əkbərov Hikmət seçicilərin 14,4%-nin, 6166 seçicinin səsvermədə iştirak etdiyini bildirib.

78 saylı Lerik-Lənkəran seçki dairəsində seçicilərin 16,3%-i - 4729 seçici iştirak edib.

73 saylı Lənkəran şəhər seçki dairəsində seçicilərin 11,8%-i - 3941 seçici səsvermədə iştirak edib.

75 saylı Lənkəran-Masallı seçki dairəsində 15,39% - 5664 seçici səs verib.

74 saylı Lənkəran kənd seçki dairəsində 13,32 %-i - 4383 seçici səsvermə hüququndan istifadə edib.

76 saylı Lənkəran-Astara seçki dairəsində 14,9%-i - 4005 seçici səs verib.

Bölgənin 6 rayonunda 12 dairə fəaliyyət göstərir. Bu saata kimi məntəqələrdə hər hansı bir qanun pozuntusuna rast gəlinməyib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti