...

Saat 11:00-a olan məlumata görə, seçicilərin 10-11 faizi səsvermədə iştirak edib - QHT

Siyasət Materials 23 Dekabr 2009 13:16 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 49 seçki dairəsində apardığı müşahidənin nəticələrini açıqlayıb.
Saat 11:00-a olan məlumata görə, seçicilərin 10-11 faizi səsvermədə iştirak edib - QHT

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 49 seçki dairəsində apardığı müşahidənin nəticələrini açıqlayıb.

Assosiasiyanın yaydığı məlumatda bildirilib ki, saat 11:00-a olan məlumata görə, seçicilərin 10-11 faizi səsvermədə iştirak edib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti