...

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi bələdiyyə seçkilərində səs verib

Siyasət Materials 23 Dekabr 2009 14:19 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səsvermədə iştirak edib.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi bələdiyyə seçkilərində səs verib

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi bələdiyyə seçkilərində səs verib

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səsvermədə iştirak edib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Səsvermə 19:00-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti