...

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda bələdiyyə seçkilərinin keçirilmə səviyyəsindən razıdır

Siyasət Materials 23 Dekabr 2009 16:43 (UTC +04:00)
"Azərbaycanda bələdiyyə seçkiləri təşkilati baxımdan normaldır", - çərşənbə günü ofisin rəhbəri Əli Bilge Cankorel jurnalistlərə deyib.
ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda bələdiyyə seçkilərinin keçirilmə səviyyəsindən razıdır

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda bələdiyyə seçkilərinin keçirilmə səviyyəsindən razıdır.

"Azərbaycanda bələdiyyə seçkiləri təşkilati baxımdan normaldır", - çərşənbə günü ofisin rəhbəri Əli Bilge Cankorel jurnalistlərə deyib.

ATƏT seçkiləri müşahidə etmir, lakin QHT Bakı ofisindən səsvermənin gedişi haqqında məlumat verir.

Onun sözlərinə görə, təşkilat ofisinə bəzi qanun pozuntuları haqqında məlumat daxil olub və bu barədə informasiya nəzərdən keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına verilib.

Azərbaycanda bələdiyyə seçkiləri 23 dekabr tarixində keçirilir.

Respublika üzrə 4 588 728 seçici qeydiyyatdan keçib. Ölkədə olan 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Xəbər lenti

Xəbər lenti