...

Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı səsvermə başa çatıb

Siyasət Materials 23 Dekabr 2009 19:00 (UTC +04:00)
Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb
Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı səsvermə başa çatıb

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Bələdiyyə seçkilərində seçicilərin aktivliyi yerli vaxtla saat 17.00-a 28,51% (1 308 190 nəfər seçici) təşkil edir. Bu barədə Azərbaycan MSK-nın nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzindən Trend -a məlumat verilib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Səsvermənin yekunlarına dair ilkin nəticələr bu gün axşam saatlarında açıqlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti