...

Azərbaycan Prezidenti bəzi sərəncamlara dəyişikliklər və əlavələr edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 23 Dekabr 2009 19:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bəzi sərəncamlara dəyişikliklər və əlavələr edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti bəzi sərəncamlara dəyişikliklər və əlavələr edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bəzi sərəncamlara dəyişikliklər və əlavələr edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıb:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №5, maddə 299; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, №4, maddə 299) ilə təsdiq edilmiş "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı"nın 1-ci, 2-ci və 3-cü bəndlərinin "İcraya məsul" sütununda "Milli Bank" sözləri "Mərkəzi Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti" sözləri ilə əvəz edilsin, 5-ci, 7-ci, 8-ci və 9-cu bəndlərinin "İcraya məsul" sütununda "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti" sözləri əlavə edilsin, 15-ci bənddə "Milli Bank" sözləri "Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 612; 2007-ci il, №9, maddə 867, №10, maddə 996; 2008-ci il, №8, maddə 717, №9, maddə 797; 2009-cu il, №2, maddə 78; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyul tarixli 403 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Heydər Əliyev" Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı"nın onuncu abzasında "Milli Bankın İdarə Heyətinin sədri" sözləri "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №12, maddə 1138; 2008-ci il, №1, maddə 9, №3, maddə 168) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın 23-cü bəndinin "İcra orqanları" sütununda "Milli Bank" sözləri "Mərkəzi Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1925 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 106) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 1.14-cü bəndinin "Tədbirlərin adı" sütununda "Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin" sözləri "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın" sözləri ilə, "İcraçı orqanlar" sütununda "MB" abreviaturası "MBMMX" abreviaturası ilə, "Akronimlər" hissəsində "MB-Azərbaycan Respublikasının Milli Bankı" sözləri "MBMMX-Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 684) ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)" çərçivəsində həyata keçiriləcək tədbirlər"in 2.7-ci bəndinin "Tədbirin adı" sütununda "çirkli pulların yuyulmasının" sözləri "pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının" sözləri ilə əvəz edilsin, "İcraçı orqanlar" sütununa "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən əvvəl "Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti," sözləri əlavə edilsin, "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №7, maddə 728) ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"ya aşağıdakı dəyişikliklər və əlavə edilsin:

III bölmənin 1-ci bəndinin ikinci hissəsində "çirkli pulların yuyulmasının" sözləri "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının" sözləri ilə əvəz edilsin;

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)"nın 43-cü və 44-cü bəndlərinin:

"Tədbirin adı" sütununda "Qeyri-qanuni fəaliyyətdən" sözləri "Cinayət yolu ilə" sözləri ilə, "Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının" sözləri "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin" sözləri ilə əvəz edilsin;

"Görüləcək işlər və gözlənilən nəticələr" sütununda "çirkli pulların yuyulmasına" sözləri "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına" sözləri ilə əvəz edilsin;

"İcrasına məsul orqan" sütununa "Nazirlər Kabineti" sözlərindən sonra ", Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti" sözləri əlavə edilsin.

Xəbər lenti

Xəbər lenti