...

İRƏLİ İctimai Birliyi yaxşı korporativ əməkdaşlıq modeli yarada bilib - birliyin sədri Ceyhun Osmanlı

Siyasət Materials 24 Dekabr 2009 09:10 (UTC +04:00)
İRƏLİ İctimai Birliyi çox yaxşı bir qeyri-hökumət təşkilatı modelini yarada bilib. Hansıki müstəqil, çox tərəfli və çox spektorlu əməkdaşlığa üstünlük verən, biznes, dövlət strukturları, media, digər ictimai təşkilatlar, beynəlxalq təşkilatlarla bərabər əməkdaşlıq edən bir qurum, yaxşı bir korporativ əməkdaşlıq modeli yaradan bir təşkilat olaraq səciyyələnib, Trend News-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında birliyin sədri Ceyhun Osmanlı bildirib.
İRƏLİ İctimai Birliyi yaxşı korporativ əməkdaşlıq modeli yarada bilib -  birliyin sədri Ceyhun Osmanlı

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

İRƏLİ İctimai Birliyi çox yaxşı bir qeyri-hökumət təşkilatı modelini yarada bilib. Hansıki müstəqil, çox tərəfli və çox spektorlu əməkdaşlığa üstünlük verən, biznes, dövlət strukturları, media, digər ictimai təşkilatlar, beynəlxalq təşkilatlarla bərabər əməkdaşlıq edən  bir qurum, yaxşı bir korporativ əməkdaşlıq modeli yaradan bir təşkilat olaraq səciyyələnib, Trend -un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında birliyin sədri Ceyhun Osmanlı bildirib.

Dekabrın 24-ü  "İRƏLİ" İctimai Birliyinin yaranma günüdür

Osmanlı deyib ki, İRƏLİnin son bir il ərzində artıq Azərbaycanın bütün regionlarını əhatə edə bilib. Layihələrin miqyası və əhatə dairəsi genişlənərək 56 rayonu əhatə edib və artıq İRƏLİ bütün Azərbaycanın təşkilatı olub.

"İkinci bir məqam ondan ibarətdir ki, artıq son 4 il ərzində İRƏLİ içində olmuş insanlar və 4 il ərzində İRƏLİyə qoşulan insanların səsləri tək Azərbaycandan yox, Avropanın, ABŞ-ın, Rusiyanın müxtəlif şəhərlərindən gəlməyə başlayıb. Bunlar istər xaricə gedən gənclər, istər təhsil alan gənclər, istərsə də orada çalışan gənclər olsun. Beləliklə bu da İRƏLİnin tək Azərbaycanda yox, xaricdə də təxminən son bir il ərzində gücləndiyini deməyə əsas verir.  İRƏLİ fəaliyyətini çox yaxşı bir strateji planlaşdırmaya əsasən qurdu və strateji planlaşdırmaya uyğun olaraq 2009-cu il və 2010-cu ilin may ayına kimi fəaliyyətimiz təxminən 100 min insanı əhatə edir və edəcəkdir" Osmanlı əlavə edib.

Onun fikrincə, İRƏLİ-nin Hərəkatdan qabaq üzvlərinin sayı təxminən 6 min idisə, bu gün artıq İRƏLİ-nin üzvlərinin sayı 10 mini keçib.

"İRƏLİ brendi artıq heç kəsə yad deyil, bu ad artıq əksəriyyətə doğmadır. Əgər bir neçə il öncə İRƏLİni hər kəs tanımırdısa bu gün demək olar ki, Azərbaycanda İRƏLİ brendini tanımayan yoxdur. Ən gözəli də budur ki, İRƏLİ insanların yaddaşında əməli fəaliyyətlə qaldı. Təkcə son bir il ərzində İRƏLİ 20 uzunmüddətli, 100-dən artıq qısa müddətli layihələrin reallaşmasına imza atdı. Ümumilikdə isə əminliklə demək olar ki, bu gün İRƏLİ  Prezident İlham Əliyevin Azərbaycanda güclü insan kapitalının yaradılması, müasir və intellektual vətəndaş formalaşdırmaq, elmə əsaslanan cəmiyyət yaratmaq  istiqamətindəki çağırışları istiqamətində əməli fəaliyyət görür. Məqsədimiz bu istiqamətdəki fəaliyyətimizi daha da genişləndirməkdir və daha geniş kütlələlərə xitab etməkdir"  Osmanlı deyib.

Xəbər lenti

Xəbər lenti