...

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərini müsbət qiymətləndirir

Siyasət Materials 24 Dekabr 2009 11:13 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsini müsbət qiymətləndirir. Bu barədə cümə axşamı Bakıda, Konqresin vitse presidenti Jan Klod Frekon mətbuat konfransında deyib.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərini müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir T.Konyayeva/

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsini müsbət qiymətləndirir. Bu barədə cümə axşamı Bakıda, Konqresin vitse presidenti Jan Klod Frekon mətbuat konfransında deyib.

"Müşahidələr bülletenlərin keyfiyyətinin təkmilləşdirilməsinin zəruriliyini göstərdi", - o deyib.

AŞ Missiyası 100-dən çox seçki məntəqəsində müşahidə aparıb. Maddi nöqteyi-nəzərdən seçkilərin keçirilməsinin təşkil olunmasını qənaətbəxş qiymətləndirilib. Lakin Frekonun sözlərinə görə, bəzi qanun pozuntuları müşahidə olunub.

"Missiya Azərbaycandakı seçkilərin ilkin nəticələrini yanvarın 15-də Konqresin iclasında elan edəcək. Yekun hesabat martda təqdim olunacaq",- Frekon deyib.

Konqresin vitse prezidenti missiyanın müşahidəçilərinə göstərdiyi köməyə görə Azərbaycan hökümətinə təşəkkür edib.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Missiyası dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin gedişini muşahidə edib.

Konqresin müşahidə missiyasına Qaye Doğanoğlu (Türkiyə), Niqel Mermaqen (Böyük Britaniya), İstvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç (Serbiya) və Qudrin Mosler Tyornestryom (Avstriya) daxildir.

"Bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar",- cümə axşamı mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə əsasən, səsvermənin ilkin nəticəsinə görə, Azərbaycanda bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Pənahovun sözlərinə görə, seçkilərin gedişi zamanı seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntusu aşkar olunmayıb.

Onun sözlərinə görə, MSK-nın "qaynar xətti"nə edilən zənglər əsasən seçkilərin xarakterinə dair məlumatların alınması ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti