...

Azərbaycan Parlamentinin vitse-spikeri bələdiyyə seçkilərinin demokratik və şəffaf keçdiyini bildirib

Siyasət Materials 24 Dekabr 2009 14:13 (UTC +04:00)
Azərbaycan Parlamentinin vitse-spikeri ölkədə bələdiyyə seçkilərinin demokratik və şəffaf keçdiyini bildirib.
Azərbaycan Parlamentinin vitse-spikeri bələdiyyə seçkilərinin demokratik və şəffaf keçdiyini bildirib

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin vitse-spikeri ölkədə bələdiyyə seçkilərinin demokratik və şəffaf keçdiyini bildirib.

"Səsvermə günü bəzi nöqsanlar ola bilər, ancaq bu, nəticələrə təsir edəcək nöqsanlar deyil. Azərbaycanda bələdiyyə seçkiləri azad, demokratik və şəffaf keçib", - Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.

Muradova bələdiyyə seçkiləri üçün səsvermə fəallığının normal olduğunu bildirib. "Seçicilər prezident və parlament seçkilərinə daha cox maraq göstərirlər", - Muradova əlavə edib.

Dekabrın 23-də ölkədə bələdiyyə seçkisi keçirilib. Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin ilkin nəticələrinə görə, ölkədə seçici fəallığı 31,86 faiz olub.

Xəbər lenti

Xəbər lenti