...

Azərbaycanda bələdiyyə seçkiləri demokratik və ədalətli keçib - demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu

Siyasət Materials 24 Dekabr 2009 14:52 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntusu aşkar olunmayıb.
Azərbaycanda bələdiyyə seçkiləri demokratik və ədalətli keçib - demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntusu aşkar olunmayıb. Bələdiyyə seçkilərinə bu cür qiyməti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Şurası Katibliyinin demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialı verib. Bu barədə məlumatda deyilir.

Bakıda seçki sahələrində səsvermə prosesinə nəzarət edən İnstitut əməkdaşları seçkilərin demokratik və şəffaf keçirilməsinin və seçkki üçün hər cür şəraitin yaradılmasının şahidi olublar, məlumatda deyilir. Seçicilərin fəallığı da normal adlandırılıb. Bütün bunları nəzərə alaraq seçkiləri demokratik və ədalətli hesab etmək olar, sənəddə qeyd edilir.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

"Bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar", - cümə axşamı mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə əsasən, səsvermənin ilkin nəticəsinə görə, Azərbaycanda bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Xəbər lenti

Xəbər lenti