...

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planında 2009-cu ili müsbət "lakin ola biləcəyindən daha az müsbət" kimi xarakterizə edib

Siyasət Materials 24 Dekabr 2009 19:46 (UTC +04:00)
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planında 2009-cu ili müsbət, "lakin ola biləcəyindən daha az müsbət" kimi xarakterizə edib.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planında 2009-cu ili müsbət "lakin ola biləcəyindən daha az müsbət" kimi xarakterizə edib

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planında 2009-cu ili müsbət, "lakin ola biləcəyindən daha az müsbət" kimi xarakterizə edib.

"Bəzi məsələlərdə mövqelər yaxınlaşır, bəzilərində isə yaxınlaşmır", - Prezident İlham Əliyev Rusiyanın "Vesti" telekanalına bildirib.

Onun sözlərinə görə, 2008-ci ildən Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar aparılır, o cümlədən Rusiya Federasiyası tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları barədə birgə bəyannamə də imzalanıb.

"Burada dəqiq müəyyən edilib ki, münaqişə beynəlxalq hüquq prinsipləri, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında nizamlanmalıdır. Bu dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən təcili çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Artıq demək olar ki, 20 ildir bu qətnamələr həyata keçirilmir", - Azərbaycan Prezidenti bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları imkanı əsas məsələdir. "Təəssüf ki, 2009-cu ilə olan ümidlər bizim nəzərdə tutduğumuz səviyyədə özünü doğrutmadı, çünki Azərbaycan, Rusiya və Ermənistanın birgə bəyannaməsi məlum hadisədir - bu, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra ilk hadisə idi. Ümid var idi ki, 2009-cu ildə məsələni həll etməyə, heç olmasa baza prinsiplərinin razılaşmasına müvəffəq olacağıq, lakin onlar özünü doğrutmadı. Bu isə bizim günahımız deyil", - Azərbaycan Prezidenti deyib.

İlham Əliyevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının beynəlxalq gündəlikdə əsas mövzu olması ilə əlaqədar 2010-cu ildə müəyyən nikbinlik var.

"Bunu sona qədər anlamayanlara aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmadan heç bir regional problemləri həll etmək mümkün deyil. Biz ümid edirik ki, 2010-cu ildə əsas mövqeləri razılaşdırmağa müvəffəq olacağıq, lakin biz bunun danışıqların fasiləsiz prosesinə çevrilməsinin qəti əleyhinəyik", - dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görə, 1992-ci ildən Minsk qrupu yaranandan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparılır. "1994-cü ildə atəşkəs haqqında razılaşmanın əldə olunmasından 15 il keçib, lakin irəliləyiş olsa da nəticə yoxdur. Buna görə də biz bu prosesin sözün hərfi mənasında dondurulmasına imkan verə bilmərik", - Prezident İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti