...

Azərbaycanda il yarımdan sonra dağ xizək idman növünün inkişafı mümkün olacaq - Prezident İlham Əliyev

Siyasət Materials 24 Dekabr 2009 20:57 (UTC +04:00)
Azərbaycan bu yaxınlarda Bakıdan təqribən 200 kilometr məsafədə yerləşən dağlarda iri dağ xizək kurortunun inşasına başlayıb. Ölkədə idmanın inkişafı barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" telekanalına bildirib.
Azərbaycanda il yarımdan sonra dağ xizək idman növünün inkişafı mümkün olacaq - Prezident İlham Əliyev

Azərbaycan bu yaxınlarda Bakıdan təqribən 200 kilometr məsafədə yerləşən dağlarda iri dağ xizək kurortunun inşasına başlayıb. Ölkədə idmanın inkişafı barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" telekanalına bildirib.

Onun sözlərinə görə, qaldırıcı mexanizmlərin, mehmanxanaların inşasına başlanılıb. Dövlət başçısının proqnozlarına görə, Azərbaycanda il yarımdan sonra dağ xizəyi ilə məşğul olmaq və idmanın bu növünü inkişaf etdirmək mümkün olacaq.

İlham Əliyevin sözlərinə görə, lakin ölkənin ümidləri əlbəttə ki, əsasən yay oyunları ilə bağlıdır. "Keçən olimpiya oyunlarında biz yaxşı çıxış etdik və 7 medal qazandıq. Bu il də bizim bir çox dünya və Avropa çempionlarımız var. Şahmatçılarımız Avropa çempionatında birinci yeri tutublar. Güləşdə də böyük nailiyyətlərimiz var. Biz güləş üzrə dünya çempionatında birinci olmuşuq", - dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görə, o, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir və imkan daxilində öz əlaqələri və sağlam həyat tərzi ilə ölkədə idmanın inkişafına çalışır.

Xəbər lenti

Xəbər lenti