...

Türkiyənin Baş naziri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib

Siyasət Materials 25 Dekabr 2009 10:35 (UTC +04:00)
Dekabrın 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Türkiyənin Baş naziri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib

Dekabrın 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Türkiyənin Baş naziri Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı təbrikə və göstərilən diqqətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin daim inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti