...

Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 25 Dekabr 2009 11:59 (UTC +04:00)
Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan və İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 25 dekabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanİran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a bildiriblər ki, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib.

Səmimi şəraitdə keçən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfir İran İslam Respublikasının yeni hərbi attaşesini Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim edib.

Azərbaycanın 30-dan artıq öılkə ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq sazişi mövcuddur, 53-ə yaxın ölkə ilə hərbi əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti