...

Azərbaycan Parlamentində "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinin müzakirəsi başlayıb

Siyasət Materials 25 Dekabr 2009 14:19 (UTC +04:00)
Azərbaycan Parlamentində “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.
Azərbaycan Parlamentində "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinin müzakirəsi başlayıb

Azərbaycan, Bakı, 25 dekabr / Trend , muxbirA.Hüseynbala /

Azərbaycan Parlamentində "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinin müzakirəsi başlayıb.

"Bu qanun Azərbaycan ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsasları müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyəcək", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Quliyevin sözlərinə görə, HİV infeksiyası ilə mübarizə və HİV-lə yaşayan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət edilməsi prinsipləri əsasında həyata keçiriləcək. "HİV infeksiyası ilə mübarizə sahəsində dövlət təminatları da nəzərdə tutulur. Bundan başqa, bu infeksiya ilə mübrizə sahəsində maarifləndirmə, mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsi, HİV-lə yaşayan şəxslərin hüquqları və vəzifələri də nəzərdə tutulur", - millət vəkili əlavə edib.

Komitə sədrinin müavini deyib ki, HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqlaq, onları bu infeksiyaya yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır.

"HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək", - Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti