...

Azərbaycan Prezidenti Milli Olimpiya Komitəsində idmançılarla görüşüb

Siyasət Materials 25 Dekabr 2009 15:48 (UTC +04:00)
Dekabrın 25-də Milli Olimpiya Komitəsi (MOK) 2009-cu ilə yekun vurub, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan Prezidenti Milli Olimpiya Komitəsində idmançılarla görüşüb

Dekabrın 25-də Milli Olimpiya Komitəsi (MOK) 2009-cu ilə yekun vurub, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim olunub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın beynəlxalq yarışlarda iştirakına, qazandıqları qələbələrə həsr olunmuş fotosərgiyə baxıb.

Sonra mərasim keçirilib. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşılayıblar.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

İdmançılar adından Prezident İlham Əliyevə hədiyyələr təqdim olunub.

Sonra 2009-cu ilin yekunlarına görə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar, yeni mənzillərin orderləri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti