...

Azərbaycanın Milli Məclisi Avropa Parlamentinə müraciət qəbul edib

Siyasət Materials 25 Dekabr 2009 18:17 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi (Parlament) Avropa Parlamentinə müraciət qəbul edib. Sənəddə qeyd edilir ki, Azərbaycanda insan hüquqlarına hörmət edilən demokratik dövlət quruculuğu davam edir.
Azərbaycanın Milli Məclisi Avropa Parlamentinə müraciət qəbul edib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir A. Hüseynbala/

Azərbaycanın Milli Məclisi (Parlament) Avropa Parlamentinə müraciət qəbul edib. Sənəddə qeyd edilir ki, Azərbaycanda insan hüquqlarına hörmət edilən demokratik dövlət quruculuğu davam edir.

Avropa Parlamenti dekabrın ortalarında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi bəyannamə qəbul edib. Sənəddə mətbuatda azad sözlə bağlı vəziyyətin pisləşməsi narahatçılıqla qeyd olunub.

"Bir çox demokratik inkişaf yolu seçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi problemlər olmamış deyil. Təəsüf doğuran odur ki, bütün dünya ictimaiyyəti işğalçının və işğala məruz qalan dövlətin kim olduğunu yaxşı bilir. Buna baxmayaraq, Azərbaycan demokratik inkişaf yolunu seçən bir dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə həmişə üstünlük verib. Bütün bunları qeyd etməklə, biz Avropa Parlamentinin dekabrın ortalarında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi bəyannamə qəbul etməsinə etirazımızı bildiririk və ümid edirik ki, Azərbaycan Avropa ilə münasibətlərini daha da gücləndirməyə maraqlı olduğu üçün Avropa İttifaqı gələcəkdə Azərbaycana münasibətdə bu cür yanlışlığa yol verməyəcək", - sənəddə qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti