...

"Hakimiyyət formulu" verlişinin xüsusi buraxılışında Azərbaycanın adət-ənənələri və milli dəyərləri haqqında danışılıb

Siyasət Materials 26 Dekabr 2009 17:52 (UTC +04:00)
Şənbə günü Rusiyanın RTR telekanalı efirində "Hakimiyyət formulu" verlişinin 2009-cu ilin yekunlarına həsr olunmuş xüsusi buraxılışı təqdim olunub. "Hakimiyyət formulu" verlişinin müəllifi və aparıcısı İTAR TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmandır.
"Hakimiyyət formulu" verlişinin xüsusi buraxılışında Azərbaycanın adət-ənənələri və milli dəyərləri haqqında danışılıb

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir  E.Tariverdiyeva/

Şənbə günü Rusiyanın RTR telekanalı efirində "Hakimiyyət formulu" verlişinin 2009-cu ilin yekunlarına həsr olunmuş xüsusi buraxılışı təqdim olunub. "Hakimiyyət formulu" verlişinin müəllifi və aparıcısı İTAR TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmandır.

Verlişdə dünyanın müxtəlif ölkələrində yeni ilin keçirilmə adət ənənələrindən danışılıb və həmçinin Azərbaycanın milli bayramı olan Novruz bayramı da xatırlanıb.

Qusmanın sözlərinə görə, Novruz bayramı Azərbaycanın ən böyük bayramıdır."Novruz bayramında yaz gecə-gündüz bərabərliyi baş verir və bu fars təqvimi ilə yeni il anlamını verir. Novruz ailəvi bayramdır və ona əvvəlcədən hazırlaşırlar. Azərbaycanlılar tonqal qalayır, yeni paltarlar geyinir və milli yeməklər hazırlayır", - o deyib.

Həmin xüsusi buraxılışda "Hakimiyyət formulu" izləyicilərinə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin adət-ənənələr və ailə dəyərləri barədə danışdığı müsahibəsi nümayiş olunub.

"Sözsüz ki, ailə dəyərləri hər bir xalq üçün vacibdir. Həmçinin Azərbaycanda, qeyd etdiyiniz kimi, heç kimə sirr deyil ki, ailə dəyərləri prioritetdir, ona görə ki, bu cəmiyyətin bünövrəsidir, millətin bünövrəsidir, gələcəyin bünövrəsidir", - Prezident İlham Əliyev deyib.

"Azərbaycanda ailə dəyərləri və ailə üzvləri arasındakı münasibətlər məhz bu qarşılıqlı hörmətin, sevgi və firavanlığın ənənəvi formalarına əsaslanır, Azərbaycanda ailələrin böyük əksəriyyəti bu cürdür və bizim ailə də istisna deyil, və mən çox xoşbəxtəm ki, bu cür ailəm var", - Prezident qeyd edib.

"Hakimiyyət formulu" dünyada yeganə misilsiz televiziya layihəsidir ki, burada dövlət başçıları ilə müsahibələr toplum qarşısında təqdim edilir. "Hakimiyyət formulu"nun unikallığı ondan ibarətdir ki, onun yaradıcıları dünya dövlətləri liderlərinin "insani keyfiyyətlərinin açıqlaması"nı və qeyri-rəsmi aorada keçirilən söhbətləri və olduqca şəxsi mövzuları özlərinin əsas vəzifəsi hesab edir.

Xəbər lenti

Xəbər lenti