...

Gürcüstan müxalifətinin "praymeriz"in keçirilməsi üçün Rusiya pullarına ehtiyacı yoxdur – müxalifət partiyasının lideri

Siyasət Materials 28 Dekabr 2009 17:54 (UTC +04:00)
Gürcüstanın siyasi partiyaları - "praymeriz" ideyasının təşəbbüskarları inandırırlar ki, daxili müxalifət seçkilərinin keçirilməsi Rusiya pullarının istifadəsi ilə bağlı deyil.
Gürcüstan müxalifətinin "praymeriz"in keçirilməsi üçün Rusiya pullarına ehtiyacı yoxdur – müxalifət partiyasının lideri

Gürcüstan, Tbilisi, 28 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın siyasi partiyaları - "praymeriz" ideyasının təşəbbüskarları inandırırlar ki, daxili müxalifət seçkilərinin keçirilməsi Rusiya pullarının istifadəsi ilə bağlı deyil.

"Ədalətli Gürcüstan naminə hərəkat"ın lideri Zurab Noqaidelinin jurnalistlərlə söhbətində bəyan etdiyi kimi, müxalifətin "praymeriz"in keçirilməsi üçün Rusiya pullarına ehtiyacı yoxdur.

"Praymeriz" təşəbbüskarları Xalq Partiyasının və "Ədalətli Gürcüstan naminə hərəkat"ının nümayəndələridir. Onlar digər müxalifət partiyaları ilə də konsultasiyalar aparırlar.

"Maliyyə məsələsi siyasi müxalifət partiyalarının "praymeriz"də iştirakları barədə mövqeləri bütünlüklə formalaşmayana kimi həll olunmayacaq", - Noqaideli deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti