...

Gürcüstanın Neft və Qaz korporasiyasının keçmiş prezidentinin Tbilisinin meri postuna namizədliyi təqdim edilib

Siyasət Materials 28 Dekabr 2009 20:46 (UTC +04:00)
Paytaxt meri seçkilərində Gürcüstanın Xristian-demokratları Beynəlxalq Neft Korporasiyasının keçmiş rəhbəri Giya Çanturiyanın namizədliyini irəli sürəcək.
Gürcüstanın Neft və Qaz korporasiyasının keçmiş prezidentinin Tbilisinin meri postuna namizədliyi təqdim edilib

Gürcüstan, Tbilisi, 28 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Paytaxt meri seçkilərində Gürcüstanın Xristian-demokratları Beynəlxalq Neft Korporasiyasının keçmiş rəhbəri Giya Çanturiyanın namizədliyini irəli sürəcək. Bu məsələ ilə əlaqədar bu gün Redisson mehmanxanasında məsləhətləşmələr aparılıb.

Xristian Demokratların lideri Giorgi Tarqamadze jurnalistlərlə söhbətində deyib ki, hər bir vətəndaş istəyir ki, paytaxt region mərkəzi statusu və funksiyasını geri qaytarsın.

"Bu planda Çanturiyanın namizədliyi daha yaxşıdır. Çünki onun peşəkarlığı, insanlarla münasibəti və uğurlu layihələri həyata keçirmək təcrübəsi var", -deyə o bildirib.

Son illər Çanturiya Azərbaycanda işləyib. Onun rəsmi namizədliyi yanvarın əvvəlində veriləcək.

Xəbər lenti

Xəbər lenti