...

Azərbaycan Parlamentində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciət qəbul olunub

Siyasət Materials 29 Dekabr 2009 13:16 (UTC +04:00)
Azərbaycan Parlamentində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciət qəbul olunub.
Azərbaycan Parlamentində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciət qəbul olunub

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciət qəbul olunub.

"Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd olunur", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisdə qəbul olunan müraciətdə bildirilir.

Sənəddə qeyd edilir ki, məhz bundan sonra dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına köməklik göstərilməsi, soydaşlarımızın Vətənlə əlaqələrinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir. "Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə ümdə əhəmiyyət verir. Xalqımızın mütəşəkkil qüvvəyə çevrilməsi davam etdirilir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni və istinad yeridir", - müraciətdə vurğulanır.

Müraciətdə bildirilir ki, Dağlıq Qarabağ problemi bütün dünya azərbaycanlılarını düşündürür. "Biz harada yaşamağımızdan asılı olmayaraq bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün səylərimizi əsirgəməməliyik. İnanırıq ki, səylərimizi birləşdirsək bu ağrılı problemin həllində müsbət dəyişikliyə nail ola bilərik", - müraciətdə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti