...

Gürcüstan tərəfi Moskvanın Moskva-Tbilisi aviareysinin gecikməsi ilə bağlı ittihamlarını "əsassız" adlandırıb

Siyasət Materials 29 Dekabr 2009 18:36 (UTC +04:00)
Gürcüstan tərəfi Moskvanın Gürcüstan və Rusiya arasındakı aviareysin təxirə salınması ilə bağlı ittihamlarını qeyri-dəqiq və əsassız adlandırıb.
Gürcüstan tərəfi Moskvanın Moskva-Tbilisi aviareysinin gecikməsi ilə bağlı ittihamlarını "əsassız" adlandırıb

Gürcüstan, Tbilisi, 29 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Gürcüstan tərəfi Moskvanın GürcüstanRusiya arasındakı aviareysin təxirə salınması ilə bağlı ittihamlarını qeyri-dəqiq və əsassız adlandırıb.

Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadzenin jurnalistlərlə söhbətində bəyan etdiyi kimi, Rusiya lazımi qaydaları gözləməyərək Gürcüstan tərəfinə müraciət edib. Çünki iki ölkə arasındakı diplomatik münasibətlər artıq iki ildir kəsilib və tərəflər danışıqları rəsmi səviyyədə yalnız İsveçrə səfirliyinin vasitəçiliyi ilə apara bilərlər.

"Buna baxmayaraq Gürcüstan tərəfi Rusiya tərəfindən məlumat alan kimi uzatmadan hava nəqliyyatının həyata keçirilməsi imkanlarına reaksiya verdi", - Kalandadze qeyd edib. Onun sözlərinə görə , məlumat dekabrın 28-də göndərilib və elə həmin gün Gürcüstan tərəfi İsveçrə səfirliyinə və "Ayrzena" şirkətinə cavab verilib.

Kalandadzenin məlumatına görə, aviareyslərin həyata keçirilməsi ilə bağlı danışıqların aparılması yalnız özəl şirkətlər arasında aparılıb, bu barədə dövlət səviyyəsində söhbət getməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti