...

Azərbaycan Prezidenti "28 May" metrostansiyasının ikinci çıxışının açılış mərasimində iştirak edib

Siyasət Materials 30 Dekabr 2009 15:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Salatın Əsgərova küçəsi və Azadlıq prospektinin kəsişməsində Bakı metrosunun "28 May" stansiyasının ikinci çıxışının açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti "28 May" metrostansiyasının ikinci çıxışının açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Salatın Əsgərova küçəsi və Azadlıq prospektinin kəsişməsində Bakı metrosunun "28 May" stansiyasının ikinci çıxışının açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsib.

Prezident İlham Əliyev Bakı Metropoliteni xətlərinin perspektiv inkişaf sxemini əks etdirən stendlərlə tanış olub.

Məlumat verilib ki, "28 May" stansiyasının ikinci çıxışı kompleksinə müasir memarlıq üslubunda inşa olunmuş vestibül və yeraltı keçid daxildir. Layihənin əsas məqsədi "Xətai" - "Azadlıq prospekti" xəttini "İçərişəhər" - "Həzi Aslanov" xəttindən ayırmaqla hər iki marşrutun sərbəst istismarını təşkil etməkdir.

Prezident İlham Əliyev eskalatorla yeni keçidə enib.

Dövlətimizin başçısına məlumat verilib ki, keçid 40 metr dərinlikdə yerləşir, "28 May" stansiyasına qədər piyada tunelinin uzunluğu isə 167 metrdir. Sərnişinləri yerüstü vestibüldən piyada tunelinə və əksinə daşıyan üç eskalator quraşdırılıb. Eskalatorlar Rusiya istehsalıdır.

Keçidin çıxışında Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinləri sayan və buradan girişin qarşısını alan xüsusi turniketlər quraşdırılıb.

Yeni keçidi gəzən dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti