...

Yola saldığımız 2009-cu il Azərbaycanın tarixində bir çox mühüm hadisələr və nailiyyətlərlə yadda qalacaq – birinci xanım Mehriban Əliyeva

Siyasət Materials 31 Dekabr 2009 00:13 (UTC +04:00)
Heydər Əliyev Fondu çərşənbə günü “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir, AzərTAc Dövlət İnformasiya agentliyi bu haqda məlumat yayıb.
Yola saldığımız 2009-cu il Azərbaycanın tarixində bir çox mühüm hadisələr və nailiyyətlərlə yadda qalacaq – birinci xanım Mehriban Əliyeva

Heydər Əliyev Fondu çərşənbə günü "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir, AzərTAc Dövlət İnformasiya agentliyi bu haqda məlumat yayıb.

Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın uşaqlara qayğısından bəhs edən film göstərildi.
Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba "sehirli çubuğu" ilə yolkanı işıqlandırdı.

Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqqaslara qoşulan, al-əlvan yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehirbazların, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və valideynlərin diqqətindən yayınmadı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bayram şənliyində çıxış edərək iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara yeni ildə möhkəm cansağlığı, gələcək uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzuladı.

"Biz artıq Yeni ili ənənəvi olaraq birlikdə qarşılayırıq, yeni - 2010-cu ili qarşılayırıq. Amma, eyni zamanda, biz bu gün keçmiş 2009-cu illə vidalaşırıq. Əgər keçmiş ilə nəzər salsaq, görərik ki, bu il bir çox vacib hadisələrlə və nailiyyətlərlə ölkəmizin tarixində qalacaqdır. Baxmayaraq ki, dünyanı maliyyə böhranı bürüyüb, Azərbaycanda iqtisadi artım davam edir. Biz bunu demək olar ki, həyatımızın bütün sahələrində görə bilərik. Təkcə paytaxtımıza nəzər salsaq, görərik doğma Bakımız gündən-günə necə gözəlləşir, yeni bağçalar, yeni parklar salınır, abidələr, dənizkənarı park bərpa olunur. Ölkəmizdə yeni elm, təhsil, səhiyyə obyektləri inşa olunur, yeni yollar, körpülər tikilir," Mehriban xanım bildirdi.

Mehriban xanım qeyd etdi ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Bununla əlaqədar Bakıda bir çox beynəlxalq görüşlər, simpoziumlar, festivallar keçirildi. "Yəqin ki, xatırlayırsınız, mart ayında Bakıda I Beynəlxalq Muğam Festivalı keçirildi. Yeddi gün həqiqətən böyük bir musiqi bayramına çevrildi və bir daha sübut etdi ki, Azərbaycan muğamı təkcə bizim mədəniyyətimizin yox, bütün dünya musiqi xəzinəsinin incisidir," Mehriban xanım bildirdi.

Eyni zamanda, 2009-cu il "Uşaq ili" elan olunub və bu sahədə də ölkədə bir çox mühüm addımlar atılıb. 2009-cu ildə Azərbaycanda 68 yeni məktəb binası və əlavə korpuslar inşa olunub, 28 məktəbdə əsaslı təmir aparılıb, 10-dan artıq körpələr evi və uşaq bağçası təmir edilib və yenidən qurulub.

Mehriban xanım qeyd etdi ki, Heydər Əliyev Fondu da bu sahədə öz fəaliyyətini davam etdirir. Bu il Ağdaş şəhərində uşaq musiqi məktəbi inşa olunaraq istifadəyə verilib. Şamaxı şəhərində Nəsimi adına uşaq incəsənət məktəbinin təməli qoyulub. Bir çox beynəlxalq görüşlər keçirilib. Oktyabr ayında Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans, I Uşaq Forumu, olimpiada keçirilib.

"Bir sözlə, 2009-cu ildə bir çox mühüm, vacib işlər həyata keçirilib və nailiyyətlər əldə edilib.
Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün - sizin üçün görülür," Mehriban xanım vurğuladı. 

"Mən bir daha sizə təhsilinizdə, öz həyatınızda böyük-böyük uğurlar, yaxşı, möhkəm cansağlığı, yaxşı əhval-ruhiyyə arzulayıram. Qeyd etmək istəyirəm ki, bu il Heydər Əliyev Fondu sizin üçün bu bayramı yeni bir məkanda - yenə də bu il, 2009-cu ildə istifadəyə verilmiş "Buta" sarayında keçirir. Əminəm ki, siz bu sarayı, bu şənliyi sevəcəksiniz və yadınızda saxlayacaqsınız.
Sizi bir daha ürəkdən təbrik edirəm, öpürəm, ən xoş arzularımı çatdırıram," Mehriban xanım dedi. 

Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür etdilər.

Balacalar Mehriban xanımla xatirə şəkli çəkdirdilər. Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi və Azərbaycan bəstəkarlarının 16 populyar və sevilən uşaq mahnısından ibarət yeni disk hədiyyə olundu.

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində ümumilikdə 3 min uşaq iştirak edəcəkdir.
Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların "Buta" sarayına təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdır.

Xəbər lenti

Xəbər lenti