...

Gürcüstan müxalifəti BMT-nin Baş katibinin adına olan müraciətini göndərib

Siyasət Materials 5 Yanvar 2010 18:12 (UTC +04:00)
"Leyboristlər Gürcüstanda seçkilərin BMT-nin himayəsi altında keçirilməsi barədə olan öz müraciətini həmin təşkilatın Baş katibinə göndərib" -bu barədə partiyanın ideoloji katibi Kaxa Dzaqaniya bugünkü brifinqdə bildirib.
Gürcüstan müxalifəti BMT-nin Baş katibinin adına olan müraciətini göndərib

Gürcüstan, Tbilisi, 05 yanvar / Trend , müxbir N.Kirtsxalia/

"Leyboristlər Gürcüstanda seçkilərin BMT-nin himayəsi altında keçirilməsi barədə olan öz müraciətini həmin təşkilatın Baş katibinə göndərib" -bu barədə partiyanın ideoloji katibi Kaxa Dzaqaniya bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, dekabrın 30-da müxalifətin böyük əksəriyyəti Gürcüstanda seçkilərin BMT-nin yaxud digər beynəlxalq əhəmiyyətli təşkilatın himayəsi altında keçirilməsi barədə müraciət imzalayıblar. Dzaqaniyanın qeyd etdiyi kimi, müraciət Baş katibə bu gün göndərilib.

"Hadisələrin inkişafı barədə biz ictimaiyyəti mütəmadi xəbərdar edəcəyik", - leyboristlərin nümayəndəsi bildirib.

Həmin müraciəti 20 partiya, bir ictimai hərəkat və iki müstəqil deputat imzalayıb. Sənədi yalnız "Biz özümüz", XDP deyil, həmçinin Gürcüstan Demokrat Partiyası da imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti