Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın Müxalifət Partiyasının Məclisində qurultayın keçirilməsi vaxtı müəyyənləşdiriləcək
"Partiyanın Məclisinin yanvarın 16-na təyin olunan iclasında qurultayın parlament seçkilərindən sonra keçirilməsi haqda qərarın qəbulu istisna olunmur", - çərşənbə axşamı Trend -a Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.
Trend -un arayışı: Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.
Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.
Əkbərin sözlərinə görə, partiyanın rəhbərliyində təmsil olunan şəxslər parlament seçkilərini nəzərə alaraq növbəti qurultayın gələn ilin payızında keçirilməsinin tərəfdarıdır: "Bununla bağlı rəhbərlikdə fikir ayrılığı olmasa da, qurultayın keçirilməsi üçün Məclisin qərar qəbul etməsinə ehtiyac var. Düşünürəm ki, müzakirələr nəticəsində qurultayın parlament seçkilərindən sonra keçirilməsi haqda qərar qəbul olunacaq", - Məclis sədri əlavə edib.
Müsavat funksioneri deyib ki, Məclisdə 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı partiyanın son qərarı da açıqlanacaq: "2010-cu ildə parlament seçkilərinin keçiriləcəyini nəzərə alaraq hazırlıqla bağlı partiyanın rəhbər və yerli strukturları qarşısında duran cari məsələləri də müzakirə edəcəyik", - Əkbər vurğulayıb.
Azərbaycanda Parlament seçkiləri 2010-ci ilin payızında keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci il noyabrın 6-da keçirilib. Azərbaycanda Parlament seçkiləri mojaritar sistem üzrə 125 dairədə keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]