...

AŞPA Azərbaycanda məhbusların əfv edilməsini alqışlayır

Siyasət Materials 5 Yanvar 2010 20:11 (UTC +04:00)
"Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri çərşənbə axşamı İlham Əliyevin 99 məhbusu əfv etmək qərarını alqışlayıb", - bu barədə AŞPA-nın rəsmi məlumatında deyilir.
AŞPA Azərbaycanda məhbusların əfv edilməsini alqışlayır

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir Y.Ostapenko/

"Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri çərşənbə axşamı İlham Əliyevin 99 məhbusu əfv etmək qərarını alqışlayıb", - bu barədə AŞPA-nın rəsmi məlumatında deyilir.

Bəyanat AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Anders Herkel (Estoniya), Yozef Debono Qrex (Malta), həmçinin Azərbaycanda siyasi məhbuslar üzrə həmməruzəçi Kristofer Ştrasser (Almaniya) tərəfindən yayılıb.

"AŞPA dəfələrlə vurğulayıb ki, Avropa Şurasının üzv ölkələrində heç bir siyasi məhbus ola bilməz", həmməruzəçilər deyib. Onlar inanırlar ki, Azərbaycan gələcəkdə də AŞ-na daxil olduğu zaman götürdüyü öhdəlikləri yerinə yetirməkdə irəli gedəcək.

Prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı əfv sərəncamı ümumilikdə 99 məhbusa şamil edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 89-u, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 3-ü, cərimə cəzasına məhkum edilmiş şəxslərdən 6-sı əfv olunub.

Əfv haqda fərman "Bizim yol" müxalifət qəzetinin müxbiri Müşviq Hüseynova da şamil edilib.

Xəbər lenti

Xəbər lenti