...

Qudauridə yeddi əcnəbi turist qar uçqununa düşüb

Siyasət Materials 6 Yanvar 2010 12:09 (UTC +04:00)
Yeddi əcnəbi turist Gürcüstanın Qudauri kurort zonasında qar uçqununa düşüb. Gürcüstanın Fövqəladə Hallar Xidmətindən Trend News-a bildirilib ki, onlar qadağan olunmuş ərazilərdə xizəklə sürüşüblər və qar uçqununa düşüblər.
Qudauridə yeddi əcnəbi turist qar uçqununa düşüb

Gürcüstan, Tbilisi, 06 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Yeddi əcnəbi turist Gürcüstanın Qudauri kurort zonasında qar uçqununa düşüb. Gürcüstanın Fövqəladə Hallar Xidmətindən Trend -a bildirilib ki, onlar qadağan olunmuş ərazilərdə xizəklə sürüşüblər və qar uçqununa düşüblər.

Turistlərin yeddisi də xilas olunub.

Zərərçəkənlərdən altısı özləri qar uçqununun altından çıxa bilib, yeddinci zərərçəkəni xilas etmək üçün isə xilasedicilər çağırılıb. Bir neçə saat ərzində o da qar uçqunundan xilas edilib.

Zərərçəkmişlər şok vəziyyətindədirlər. İlkin məlumatlara görə, onlar Rusiya vətəndaşlarıdır.

Hazırda turistlər xəstəxanadadır və onlara lazımi yardım göstərilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti