...

Azərbaycanın iqtidaryönlü partiyası parlament seçkilərinə hazırlıqla bağlı işçi qrupu yaradıb

Siyasət Materials 6 Yanvar 2010 13:14 (UTC +04:00)
"Bələdiyyə seçkilərindəki uğursuzluğun təkrarlanmaması üçün İdarə Heyətinin qərarı ilə yaradılan işçi qrupu parlament seçkilərinə hazırlığa xüsusi nəzarət edəcək", - çərşənbə günü Trend News-a DADP sədri Məmməd Əlizadə bildirib.

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın iqtidaryönlü partiyası parlament seçkilərinə hazırlıqla bağlı işçi qrupu yaradıb.

"Bələdiyyə seçkilərindəki uğursuzluğun təkrarlanmaması üçün İdarə Heyətinin qərarı ilə yaradılan işçi qrupu parlament seçkilərinə hazırlığa xüsusi nəzarət edəcək", - çərşənbə günü Trend -a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-ci ilin payızında keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci il noyabrın 6-da keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 dairədə keçirilir.

Əlizadənin sözlərinə görə, parlament seçkiləri ilə bağlı sədrin seçki məsələləri üzrə müavini vəzifəsi də təsis olunub. "Bələdiyyə seçkilərində 13 rayonda namizəd irəli sürmüşdük. Lakin onların əksəriyyəti uğur qazana bilmədi. Biz bu uğursuzluqdan ciddi nəticə çıxarıb parlament seçkilərinə daha mütəşəkkil hazırlaşmaq niyyətindəyik", - partiya sədri əlavə edib.

DADP sədri deyib ki, parlament seçkilərində heç bir siyasi bloka qoşulmaq niyyətində deyillər. "Biz öz gücümüzə inanirıq. Bu səbəbdən seçkilərdə təkbaşına iştirak etmək və bütün dairələr üzrə namizəd irəli sürmək fikrindəyik", - Əlizadə vurğulayıb.

Əlizadə ötən ilin axırlarında partiyanın sədri vəzifəsindən istefa verməsi ilə bağlı ərizə yazmasının səbəblərinə də aydınlıq gətirib. "Əsas səbəb bələdiyyə seçkilərindəki uğursuzluq idi. Bunu nəzərə alaraq ərizəmi partiyanın İdarə Heyətinə təqdim etmişdim. Lakin istefam qəbul olunmadı. Bu etimaddan mən də nəticə çıxarmaq məcburiyyətindəyəm", - DADP sədri xatırladıb.

Hakimiyyətyönlü Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) 1992-ci ildə təsis olunub və 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Təşkilata Məmməd Əlizadə rəhbərlik edir. Partiya 1993-cü ildə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti