...

Prezident İlham Əliyev Azərbaycanın İsveçrədə və Fransada yeni səfirlərini təyin edib

Siyasət Materials 6 Yanvar 2010 22:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Isveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb, çərşənbə günü AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
Prezident İlham Əliyev Azərbaycanın İsveçrədə və Fransada yeni səfirlərini təyin edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Isveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb, çərşənbə günü AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Prezidentin digər sərəncamına əsasən Murad Nizami oğlu Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Həmçinin İlham Əliyev Elçin Oktyabr oğlu Əmirbəyovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamına əsasən Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Prezident İlham Əliyev Tarik İsmayıl oğlu Əliyevin Azərbaycan Respublikasının Fransa Respublikasında və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti