...

Solçu partiya Azərbaycan Parlamentində yer almağa iddia edir

Siyasət Materials 7 Yanvar 2010 13:41 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası Azərbaycan Parlamentində yer almaq niyyətindədir. Bu barədə cümə axşamı Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Trend News-a deyib.
Solçu partiya Azərbaycan Parlamentində yer almağa iddia edir

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan Kommunist Partiyası (AKP) Azərbaycan Parlamentində yer almaq niyyətindədir. Bu barədə cümə axşamı Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Trend -a deyib.

Onun sözlərinə görə, partiya qarşıdakı seçkilərl bağlı artıq hazırlığa başlayıb. "Seçkilər başlayana qədər partiyanın rayon təşkilatları ilə fəal görüşlər keçiriləcək", - AKP Mərkəzi Komitəsinin sədri deyib.

Partiyanın blok tərkibində parlament seçkilərində iştirakının mümkünlüyü ilə bağlı Qurbanov deyib ki, bu məsələ hələ müzakirə olunmur, lakin istisna da edilmir. "Əvvəllər biz hansısa blok tərkibində seçkilərdə iştirak etməmişik, lakin lazımi şərait yaradılarsa bu cur birləşmə mümkündür", - o deyib.

Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Ötən seçkilər 2005-ci ilin oktyabrında təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti