...

Bu gün Tbilisi-Moskva aviareysi həyata keçiriləcək

Siyasət Materials 8 Yanvar 2010 10:53 (UTC +04:00)
Bu gün "Airzena" aviaşirkəti Tbilisidən Moskvaya birinici çarter reysini həyata keçirəcək.
Bu gün Tbilisi-Moskva aviareysi həyata keçiriləcək

Gürcüstan, Tbilisi, 08 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Bu gün "Airzena" aviaşirkəti Tbilisidən Moskvaya birinici çarter reysini həyata keçirəcək. Aviaşirkətdən Trend -a bildirildiyi kimi, bu demək olar ki, il yarımlıq fasilədən sonra birinci reysdir.

Təyyarə saat 12.30-da Tbilisi Beynəlxalq aeroportundan havaya qalxacaq və iki saat iyirmi dəqiqədən sonra Moskvanın Domodedova aeroportunda yerə enəcək.

Bu günkü və növbəti reyslər üçün olan biletlərin əksəriyyəti satılıb.

Aviaşirkət Moskvaya mütəmadi olaraq reyslərin həyata keçirilməsini təklif edib, lakin RF Nəqliyyat Nazirliyi hələ ki ancaq üç çarter reysinə icazə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti