...

Xəzərdə sərhədlərin delimitasiyası Azərbaycan və Türkmənistanın mehriban qonşuluq münasibətlərinə təsir etmir – səfir Annaməmməd Məmmədov

Siyasət Materials 8 Yanvar 2010 13:15 (UTC +04:00)
Xəzərdə sərhədlərin delimitasiyası Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq münasibətlərinə təsir etmir. Bu sözləri cümə günü Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov Bakıda mətbuat konfransında deyib.
Xəzərdə sərhədlərin delimitasiyası Azərbaycan və Türkmənistanın mehriban qonşuluq münasibətlərinə təsir etmir – səfir Annaməmməd Məmmədov

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir V.Javoronkova/

Xəzərdə sərhədlərin delimitasiyası Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq münasibətlərinə təsir etmir. Bu sözləri cümə günü Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov Bakıda mətbuat konfransında deyib.

"Bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır", - səfir deyib.

Onun sözlərinə görə, Xəzərdə sərhədlərin delimitasiyası üzrə danışıqlar həm birtərəfli, həm də çoxtərəfli səviyyədə keçiriləcək.

"Xəzərin delimitasiyası üzrə işlər indi də aparılır", - o əlavə edib.

Xəzərsahili dövlətlər 2003-cü ilin noyabr ayında Xəzər dənizində ətraf mühitin mühafizəsi haqqında Çərçivə Konvensiyası imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzər dənizinin şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə imzalanıb, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb. 29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və buna dair protokol bağlanıb. Eləcə də Qazaxıstan, Azərbaycan və Rusiya arasında 14 may 2003-cü ildə Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti