...

ABŞ prezidentliyinə keçmiş namizəd Tbilisiyə səfər edəcək

Siyasət Materials 8 Yanvar 2010 20:59 (UTC +04:00)
Amerikalı konqresmen Con Makkeyn fevralın 10-da Gürcüstana işgüzar səfər edəcək.
ABŞ prezidentliyinə keçmiş namizəd Tbilisiyə səfər edəcək

Gürcüstan, Tbilisi, 08 yanvar / Trend , müxbir N.Kirsxaliya/

"Amerikalı konqresmen Con Makkeyn fevralın 10-da Gürcüstana işgüzar səfər edəcək. O ABŞ senatorlarının nümayəndə heyətinə başçılıq edəcək", - bu barədə Gürcüstanın Dövlət dəftərxanasından Trend -a məlumat verilib.

Səfər zamanı yanvarın 11-də Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüş planlaşdırılıb. Parlament sədri və deputatlarla da görüş keçiriləcək.

ABŞ prezidentliyinə keçmiş namizəd Con Makkeyn 2008-ci il avqustun 8-də Gürcüstan -Rusiya müharibəsi zamanı Gürcüstanı dəstəkləyərək "gürcü olduğunu" bildirmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti