...

AŞ PA həmməruzəçiləri Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Yanvar 2010 23:37 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Gozef Debono Qreş cari ilin 8-12 fevral tarixlərində fakt araşdırıcı missiya çərçivəsində Azərbaycana səfər edəcək. Bu barədə cümə günü Trend News-a AŞ PA katibliyindəki mənbədən məlumat verilib.
AŞ PA həmməruzəçiləri Azərbaycana səfər edəcək

Fransa, Strasburq, 8 yanvar/ Trend , müxbir A. Məhərrəmli/ 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres HerkelCozef Debono Qrex cari ilin 8-12 fevral tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə cümə günü  Trend -a AŞ PA katibliyindəki mənbədən məlumat verilib.

Qeyd edək ki, həmməruzəçilərin Azərbaycana səfər barədə qərar qurumun Monitorinq Komitəsinin 2009-cu ilin 17 dekabr tarixində Parisdə keçirilmiş iclasında qəbul edilib.

Səfər çərçivəsində həmməruzəçilərin Azərbaycan Respublikasının prezidenti, Prezident Administrasiyasının rəhbəri, Milli Məclisin sədri, Ədliyyə naziri, Baş prokuror, Mərkəzi Seçki Komissiyasının və Milli Teleradio Şurasının sədrləri, Ombudsman Aparatının rəhbəri, Azərbaycanın AŞ PA-dakı nümayəndə  heyətinin üzvləri, eləcə də iqtidar və müxalifət partiyalarının nümayəndələri, jurnalistlər və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməyi nəzərdə tutulmuşdur.

Bundan əlavə, səfər çərçivəsində həmməruzəçilərin Gəncə və Sumqayıt şəhərlərinə səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti