...

Azərbaycan paytaxtında narkotik satan şəxs polis tərəfindən yaxalanıb

Siyasət Materials 9 Yanvar 2010 10:46 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü Trend News-a verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şərti alıcıya 2,292 qram narkotik vasitəni satarkən Binə qəsəbə sakini Rahib Ağayev saxlanılıb.
Azərbaycan paytaxtında narkotik satan şəxs polis tərəfindən yaxalanıb

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında narkotik satan şəxs polis tərəfindən yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü Trend -a verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şərti alıcıya 2,292 qram narkotik vasitəni satarkən Binə qəsəbə sakini Rahib Ağayev saxlanılıb.

Onun üzərindən 441,371 qram, evinə baxış keçirilərkən isə əlavə olaraq 112,585 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti