...

Gürcüstan Konstitutsiyasının yeni variantı üzrə ümumxalq müzakirələri başlayır

Siyasət Materials 12 Yanvar 2010 18:46 (UTC +04:00)
Gürcüstan Konstitutsiyasının yeni variantı üzrə ümumxalq müzakirələri başlayır
Gürcüstan Konstitutsiyasının yeni variantı üzrə ümumxalq müzakirələri başlayır

Gürcüstan, Tbilisi, 12 yanvar/ Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Konstitutsiyasının yeni variantı üzrə ümumxalq müzakirələri başlayır. Dövlət Konstitutsiya Komissiyasının sədri Avtandil Demetraşvili jurnalistlərlə söhbətində deyib ki, ay ərzində istənilən şəxs öz təşəbbüs və təkliflərini komissiyaya təqdim edə bilər.

Onun sözlərinə görə, artıq dəyişikliklərin bir hissəsi hazırdır. Bu dəyişiklilər yerli özünü idarə orqanlarına seçkilərin 2010-cu il iyun ayının 1-dək keçirilməsini və Tbilisi merinin birbaşa səsvermə yolu ilə seçilməsini nəzərdə tutur. Bunula əlaqədar olaraq komissiya internetdə sorğu keçirməyi planlaşdırır.

"Biz bu layihənin ümumi müzakirəsinə imkan yaradan tədbirlər görməliyik. Xüsusilə də onlayn və internet sorğuları keçiriləcək. Mənim akademik mühitlə görüşüm planlaşdırılıb", - Demetraşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti