Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir A.Hüseynbala/
Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcək nümayəndə heyətinə Mərkəzi Seçki Komissiyasının şöbə müdiri rəhbərlik edəcək.
"Ukraynada keçiriləcək prezident seçkilərində səsvermənin gedişini müşahidə etmək üçün bu ölkəyə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti gedəcək", - çərşənbə günü Trend -a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Trend -un arayışı: Ukraynada prezident seçkiləri yanvarın 17-də keçiriləcək. Prezidentliyə namizədlərin sayı 17 nəfərdir.
Sarıyevin sözlərinə görə, MSK-nın şöbə müdirinin rəhbərlik edəcəyi nümayəndə heyəti səsvermənin gedişini Ukraynanın paytaxtı Kiyev şəhərində izləyəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]