...

Azərbaycanla bağlı məruzəyə bələdiyyə seçkilərinə dair bənd daxil ediləcək - AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov

Siyasət Materials 13 Yanvar 2010 14:35 (UTC +04:00)
Azərbaycanla bağlı məruzəyə bələdiyyə seçkilərinə dair bir bənd hazırlanacaq və daxil ediləcək. Trend News-un məlumatına görə, çərşənbə günü hakim partiyanın internet saytına Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Azərbaycanla bağlı məruzəyə bələdiyyə seçkilərinə dair bənd daxil ediləcək - AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir M. Əliyev/

Azərbaycanla bağlı məruzəyə bələdiyyə seçkilərinə dair bir bənd hazırlanacaq və daxil ediləcək. Trend -un məlumatına görə, çərşənbə günü hakim partiyanın internet saytına Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, bələdiyyə seçkiləri AŞ PA-da müzakirə olunmayacaq, məsələ Yerli və Regional Hakimiyyətlər Konqresində müzakirəyə çıxarıla bilər.

Ötən il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Seyidov bildirib ki, Azərbaycanda normal, obyektiv, dünyada qəbul olunmuş standartlara uyğun seçki keçirilib.

"Bəzi qüvvələr çalışır ki, seçkiləri hansısa rəngə boyasınlar, amma bu, alınan iş deyil. Çünki Azərbaycan seçicisi öz hüquqlarını yaxşı bilir", - nümayəndə heyətinin rəhbəri deyib.

Seyidov hesab edir ki, Azərbaycanda 2010-cu ildə parlament seçkilərini də uğurla həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti