...

Paytaxt sakinləri Bakı polisinin qanunsuz hərəkətləri barədə bu qurumun rəhbərinə internet vasitəsilə müraciət etmək imkanı qazanıb

Siyasət Materials 14 Yanvar 2010 15:35 (UTC +04:00)
BŞBPİ-nin internet saytının məlumatına görə, vətəndaşlar şəhər polisinin fəaliyyəti ilə bağlı rastlaşdıqları hər bir neqativ hərəkətlər barədə, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik və qeyri-əxlaqi davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə onlara məlum olan faktlarla bağlı idarənin rəisi, polis general-mayoru Rafiq Abbasovun elektron ünvanına yazmaqla məlumat verə bilərlər.
Paytaxt sakinləri Bakı polisinin qanunsuz hərəkətləri barədə bu qurumun rəhbərinə internet vasitəsilə müraciət etmək imkanı qazanıb

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Paytaxt sakinləri Bakı polisinin qanunsuz hərəkətləri barədə bu qurumun rəhbərinə internet vasitəsilə müraciət etmək imkanı qazanıb.

Bakı şəhər Baş Polis İdarəsinin internet saytının məlumatına görə, vətəndaşlar şəhər polisinin fəaliyyəti ilə bağlı rastlaşdıqları hər bir neqativ hərəkətlər barədə, xüsusən onların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, qeyri-etik və qeyri-əxlaqi davranışları, polisin adına və şərəfinə xələl gətirən zərərli və pis vərdişləri, eləcə də cəmiyyətimiz üçün təhlükə doğuran bütün cinayətlər, cinayətkar fəaliyyətlə məşğul olan şəxslər barədə onlara məlum olan faktlarla bağlı idarənin rəisi, polis general-mayoru Rafiq Abbasovun elektron ünvanına yazmaqla məlumat verə bilərlər.

BŞBPİ [email protected] email unvanına daxil olan məlumatın məxfiliyinin qorunacağına zəmanət verir.

Xəbər lenti

Xəbər lenti