...

Azərbaycan xalqı 20 yanvarda tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını nümayiş etdirib – hakim partiyanın icra katibinin müavini

Siyasət Materials 15 Yanvar 2010 14:40 (UTC +04:00)
"20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biri olsa da, amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu", - Trend News-un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın internet saytına bildirib.
Azərbaycan xalqı 20 yanvarda tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını nümayiş etdirib – hakim partiyanın icra katibinin müavini

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan xalqı 20 yanvarda tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu nümayiş etdirib.

"20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biri olsa da, amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu", - Trend -un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın internet saytına bildirib.

Trend -un arayışı: 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan etməmiş Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb.

Hərbi əməliyyatlar zamanı 131 insan öldürülüb. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub.

744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər isə həbs edilib.

Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra əlavə 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 25-26 nəfər öldürülüb.

Qurbanlının sözlərinə görə, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. "20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi", - millət vəkili əlavə edib.

Onun fikrincə, 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. "Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. Qanlı yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi. Onu da qeyd edim ki, çar Rusiyasının siyasətini bu dəfə Sovet imperiyası davam etdirirdi. Yenə də ayrıseçkilik aparılır və ermənilər müdafiə olunur, imperiya Qarabağı ermənilərə vermək istəyirdi", - icra katibinin müavini vurğulayıb.

Qurbanlı deyib ki, Qarabağ uğrunda hərəkat milli azadlıq mübarizəsinə çevrildi. "Xalq başa düşdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır. 1980-cı illərin sonunda keçmiş sovet respublikalarında, o cümlədən də Azərbaycanda milli hərəkat başlanmışdı. 1987-ci ildən başlayaraq erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istiqamətində ciddi-cəhdlər etməyə başladılar. Bu da təsadüfi deyildi. 1987-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən istefaya göndərilməsi ermənilərin əl-qolunu açdı. Onlar yaranmış şəraitdən, Mixail Qorbaçov və onun ailəsinin himayəsindən istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün fəaliyyətə keçdilər. Bu fəaliyyət erməni ideoloqu Aqembekyanın Fransanın "Humanite" qəzetinə verdiyi müsahibə ilə başlayır. Bu, bir siqnal rolunu oynadı. Sonra isə Zori Balayanın azərbaycanlılara və türklərə qarşı yönələn cızmaqaraları erməni millətçiləri üçün ideoloji mənbə rolunu oynamağa başladı", - o xatırladıb.

Millət vəkili bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı. "Mixail Qorbaçov başda olmaqla Moskvada hakimiyyətdə olan dairələr Azərbaycanı cəzalandırmaq məqsədilə ölkəmizə qoşun yeridilməsinə və qanlı terror törədilməsinə nail oldular. Ümummilli liderimiz Heydər Əliyev dərhal 20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, Azərbaycanın Moskvadakı nümayəndəliyinə ailə üzvləri ilə birlikdə gələrək qanlı faciənin törədilməsində, Mixail Qorbaçov başda olmaqla, bütün günahkarların cinayətlərini dünyaya bəyan etdi", - Qurbanlı qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti