...

Azərbaycan Prezidenti Respublika mehmanxanasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub

Siyasət Materials 16 Yanvar 2010 08:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Respublika mehmanxanasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti Respublika mehmanxanasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Respublika mehmanxanasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasına gəldilər.
Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işlərini yerli mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirir. İnşaat işlərinə 140-a yaxın fəhlə və mütəxəssis cəlb olunub. Təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılır. Qeyd olundu ki, mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da nəzərdə tutulub. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərəcəkdir. Təmir və yenidənqurma işlərinin may ayında başa çatdırılması nəzərdə tutulur.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti