...

Azərbaycan Prezidenti İspaniya və Türkmənistandakı səfirləri geri çağırıb

Siyasət Materials 16 Yanvar 2010 09:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya və Türkmənistandakı səfirləri geri çağırıb.
Azərbaycan Prezidenti İspaniya və Türkmənistandakı səfirləri geri çağırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Novruz oğlu Əliyevin Azərbaycan Respublikasının İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezidentin digər sərəncamı ilə Elxan Bahadur oğlu Hüseynov Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti